Leo-Pekka Tyaxti “ilin idmançısı” oldu

Finlandiyada ilin idmançısı fəxri adı ilk dəfə para-idman nümayəndəsinə verilib.

Etikxeber.az xəbər verir ki, paralimpiyaçı Leo-Pekka Tyaxti 2016-cı ildə Finlandiyada ilin ən yaxşı idmançısı hesab edilib.

Leo-Pekka Tyaxti ardıcıl keçirilən dörd paralimpiya oyunlarında əlil arabasında 100 metr məsafəyə qaçış üzrə, o cümlədən sonuncu dəfə Rio-de-Janeyro paralimpiya oyunlarında qızıl medal qazanıb.

L.Tyaxti ən yaxşı idmançı seçiləndən sonra bildirib ki, bu, bütövlükdə para-idman və idmanın bütün kiçik növləri üçün böyük uğurdur. O, təşəkkür nitqində deyib:

“Mümkün olmayan şey yoxdur, yalnız inadla işləmək və öz arzusuna çatmaq üçün çalışmaq lazımdır”.

Etikxeber.az

Read Previous

Müsəlmanlara faizsiz kreditlər verilməyə başlandı…

Read Next

GENERAL: 804 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir