Lerikdə qadını qətlə yetirməkdə şübhəli bilinən və özünü din xadimi kimi təqdim edən-ŞƏXS TUTULDU…

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin  Etikxeber.az-a daxil olan birgə məlumatına görə, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın üç övladından birinin Vətən müharibəsində iştirak etdiyinə dair məlumatlar doğru deyil. Onun övladlarından heç biri Vətən müharibəsində iştirak etməyib.

Oğlanlarından biri – E. Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini davam etdirir.

Əlavə edək ki, şübhəli M. Əskərovun tanınmış din xadimi, molla olması barədə də məlumatlar yayılıb.

Lakin Qafqaz Müsəlmanları İdarəsindən mətbuata bildirilib ki, həmin şəxs QMİ-nin təyin etdiyi din xadimi deyil:

“Həmin şəxsin, ümumiyyətlə, dinə aidiyyəti yoxdur, sadəcə, özünü elə adlandırıb”.

Etikxeber.az

Read Previous

Milli Məclisin sabahkı iclasında-11 MƏSƏLƏ MÜZAKİRƏYƏ ÇIXARILACAQ…

Read Next

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir