Lerikli İkinci Vətən Müharibəsi Şəhidi, Cənnətdəki beşinci doğum günü, 40 yaşı tamam olan Mayor Ramil Ağayev-BU GÜN MƏRKƏZİ ZABİTLƏR EVİNDƏ TƏDBİR TƏŞKİL OLUNDU, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN BƏHS EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Lerik rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mayor Ramil Mərdan oğlu Ağayev doğum günüdür.

Bu gün-20 dekabr 2024-cü il tarixində Şəhidin 40 yaşı tamam olur və bu, Ramil Ağayevin Cənnətdəki beşinci doğum günüdür.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün saat 11:00-da Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində tədbir düzənlənib.

Etikxeber.az xəbər verir ki, tədbirdə öncə mərhum dövlət başçısı Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Bu zaman təsirli, kövrək anlar yaşanıb.

Tədbir iştirakçıları, xüsusilə, Şəhidin ailə üzvləri göz yaşlarına hakim ola bilməyiblər.

Daha sonra çıxışlar başlayıb.

Şəhidin anası Şərafət xanım, qızları və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb, Vətən naminə fədakarlığından bəhs olunub, Cənnətdəki beşinci doğum günü təbrik edilib.

Həmçinin, Ramil Ağayevin anası da daxil olmaqla, daha bir neçə Şəhid ailəsinə Lerikli İkinci Vətən Müharibəsi Şəhidi İmaməli İbrahimovun və iş adamı Hacı Qurbanın adından xalçalar təqdim olunub.

Sonda-tədbirin bədii hissəsində isə Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa edilib.

Qeyd edək ki, Ramil Ağayev 1984-cü ilin dekabr ayının 20-də Lerikdə dünyaya gəlib.

Ailədə üç qardaşdan biri olub.

Ali-hərbi təhsilli, peşəkar hərbçi idi.

Mayor hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi zamanı oktyabrın 8-də Füzuli döyüşləri zamanı Şəhid olub.

Nəşi bir gün sonra, oktyabrın 9-da Lerikdə dəfn edilib.

Ramil həm də ailəli olub.

2 qız övladı-2007-ci il təvəllüdlü Aysu və 2008-ci il təvəllüdlü Zəhra Vətənə əmanət qalıb.

Hazırda böyük qızı Aysu ali məktəb tələbəsidir.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” medalları  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 40 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:03

***

FOTOLAR:

15:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Read Next

Ölkə prezidenti bir neçə səfirlə bağlı-SƏRƏNCAM İMZALADI – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir