Levandovski Çin klubunun 40 milyon avroluq təklifini rədd etdi

Münxenin “Bavariya” futbol komandasının hücumçusu Robert Levandovski adı çəkilməyən Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

Etikxeber.az xəbər verir ki, bu barədə forvardın agenti Sezar Kuxarski Polşanın “Sportowe Fakty” saytına məlumat verib. O bildirib ki, Çin klublarından biri R. Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq polşalı futbolçu təklifi müsbət cavablandırmayıb.

2014-cü ildən Münxen təmsilçisinin heyətində çıxış edən Levandovski bu günlərdə “Bavariya” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva beynəlxalq federasiyanın birinci vitse-prezidenti seçildi

Read Next

Marreyin 29 oyunluq qələbə seriyasına son qoyuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir