Levandovski gələn ilədək “Bavariya” ilə müqaviləsini yeniləyəcək

Futbol üzrə Polşa millisinin hücumçusu Robert Levandovski dekabrın sonunadək Münxenin “Bavariya” klubu ilə yeni müqavilə imzalayacaq.

Etikxeber.az xəbər verir ki, bunu “Kicker” nəşrinə müsahibəsində forvardın məsləhətçisi Mark Bartel açıqlayıb. Onun sözlərinə görə, sövdələşmə artıq yeni ilədək həllini tapmalıdır. Məlum olub ki, Levandovski yeni müqavilənin şərtlərinə görə, mövsümə 15 milyon avro alacaq.

2014-cü ildə Almaniyanın ən titullu komandasına transfer olunan 28 yaşlı polşalı hücumçunun Münxen klubu ilə mövcud müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

Çovdarov aclıq aksiyasını dayandırdı

Read Next

İlham Əliyev Zərdaba 3 milyon pul ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir