“Lex”i darmadağın edən “Qarabağ”-“SÜRİX”LƏ QARŞILAŞACAQ – YENİLƏNİB

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” mövsümdə ikinci matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Polşa çempionu “Lex”i qəbul edib. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını artıqlaması ilə çıxıb.

Düzdür, görüşə qonaqlar qolla başlayıb. Buna baxmayaraq, erkən toparlanan “Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirib, fasilədən sonra isə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb. Bununla Azərbaycan çempionu darmadağınla növbəti mərhələyə adlayıb.

Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq. “Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
12 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) – 5:1
Qollar: 
Kadi Borqes, 14, 74, Filip Ozobiç, 42, Kevin Medina, 56, Abbas Hüseynov, 77 – Kristoffer Velde, 1
Baş hakim: Endryu Medli (İngiltərə)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboko, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Srokaş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lyubomir Şatka
Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek, 11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinyo, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1

***

Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu “Lex”i üstələyən “Qarabağ” növbəti raundda “Sürix”lə qarşılaşacaq.

“Sürix”lə ilk oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Bu, iyulun 19 və ya 20-nə təsadüf edəcək. İyulun 27-dəki matç isə saat 22:00-da Sürixdəki “Letsiqrund” stadionunda keçiriləcək.

Qeyd edək ki, bu cütün məğlubu mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Etikxeber.az

Read Previous

Nəşi 9 ay yarımdan sonra tapılan Kapitan Əkbər Pənahov: ANIM GÜNÜNDƏ ADINI DAŞIYAN PARKIN VƏ BARELYEFİNİN AÇILIŞI OLUDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Donbasda vəziyyət çətinləşib…”-ZELENSKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir