Leyboristlər baş naziri istefa verməyə çağırdılar- SEÇKİLƏRDƏ UDUZDUĞUNA GÖRƏ – YENİLƏNİB (2)

Böyük Britaniyanın baş naziri vaxtından əvvəl seçkilərin nəticələrinə görə, yenidən parlament  üzvü seçilib.  

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, maliyyə, təhsil habelə xarici işlər nazirləri parlamentə yenidən üzv seçiliblər.

***

Hazırda leyboristlər 204, mühafizəkarlar isə 194 mandat əldə ediblər. Müstəqil namizədlər 20 yer, Şotlandiya Milli Partiyası 29, Liberal Demokratik Partiyası 9 mandat əldə edib. Səslərin hesablanması davam etdirilir.

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib,  Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.

***

Baş nazir Tereza Mey ilkin nəticələr açıqlandıqdan sonra çıxış edərək, bunları deyib:

“Nəticələr nə olursa-olsun, ölkəmizin sabitliyə ehtiyacı var. Biz Mühafizəkarlar Partiyası olaraq, bu sabitliyin saxlanılması üçün əlimizdən gələni edəcəyik”.

***

Növbədənkənar parlament seçkilərində Mühafizəkarlar Partiyasının məğlub duruma düşdüyünü bildirən leyboristlərin rəhbəri Ceremi Korbin Tereza Meyi istefa verməyə çağırıb.

O, ona səs verənlərə təşəkkür edərək deyib:

“Mənə səs verənləri təmsil etməkdən məmnunluq duyuram. Baş nazir Tereza Mey iqtidarını möhkəmləndirmək üçün növbədənkənar parlament seçkilərinə getmək qərarı almışdı. İnsanlar bu seçkidə onun “kəmər sıxma” addımlarına qarşı səs verdi. Seçkinin nəticələrindən çox məmnunam”.

Etikxeber.az

Read Previous

BMT: “Hazırda İŞİD-in 20 minədək üzvü var…”

Read Next

“Təkliflər öyrəniləcək və sistemləşdirilərək Prezidentnə təqdim ediləcək…” – ƏLİ HƏSƏNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir