“Leyla Yunusun danışmağa heç bir haqqı çatmır” – AZƏR BADAMOV

Azər BADAMOV: Sosialist Əməyi Qəhrəmanları arasında böyük yazıçımız Mirzə İbrahimov, korifey sənətçilərimiz-Rəşid Behbudov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və digərləri vardı. Heydər Əliyev onları bu fəxri adlara təqdim edərkən, məgər onların haralı olduğunumu düşünmüş, nəzərə almışdı? Və yaxud, böyük sənətkarımız, deputat həmkarımız Zeynəb xanım Xanlarova SSRİ Xalq artisti adı alarkən və bu ada təqdim olunarkən, onun hansı bölgədən olduğumu düşünülmüşdü? Təbii ki, xeyr!

Leyla Yunus yenə öz ampluasındadır, yenə əvvəlki xislətindədir, yenə yalan danışır, yenə böhtan yolunu tutur, yenə Azərbaycan, Azərbaycan xalqını, onun dəyərlərini, dəyərli şəxsiyyətlərini təhqir edir, aşağılayır. Çünki, bu, onun  sağalmaz xəstəliyidir, adətidir, köhnə şakəridir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili deyib ki, Leyla Yunus başqalarını ittiham, tənqid və təhqir etməzdən öncə bir dönüb öz keçmişinə, anti-Azərbaycan əməllərinə, hərəkətlərinə baxsın, sonra başqasına qiymət verməyə cəhd etsin, əgər bunu da haqq edirsə, buna da haqqı çatırsa.

Onun sözlərinə görə, Leyla Yunusun kimisə ittiham etməyə heç bir haqqı yoxdur:

“Azərbaycan xalqı Leyla Yunusu da tanıyır, öz böyük oğlu, xilaskarı, tarixi şəxsiyyət Heydər Əliyevi də. Özü də nəinki Azərbaycan xalqı, bütün dünya Heydər Əliyevi tanıyır, onu tarixi şəxsiyyət, müdrik siyasət və dövlət adamı kimi qəbul və etiraf edir. Heydər Əliyev Böyük Yaradanın Azərbaycana, xalqımıza bir lütfüdür, ərməğanıdır. Əgər Heydər Əliyev olmasaydı, 1969-cu ildə birinci dəfə-Azərbaycanın keçmiş SSRİ-nin ən geridə qalmış respublikaları sırasında olduğu dövrdə, eyni zamanda, 1993-cü ilin ağrılı, acılı, qanlı-qadalı iyun günlərində keçmiş hakimiyyətin və Azərbaycan xalqının təkidli tələbləri üzrə ikinci dəfə  hakimiyyətə gəlməsəydi, indiki Azərbaycandan əsər-əlamət olmayacaqdı.

Heydər Əliyev birinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanı gerilikdən, iqtisadi tənəzzüldən xilas etdi, Azərbaycan geridə qalmış aqrar respublikadan qısa müddət ərzində SSR-nin ən inkişaf etmiş respublikaları sırasına yüksəldi, sənaye, elm, texnologiya məmləkətinə çevrildi. Azərbaycanın ən layiqli oğul və qızları, ziyalıları, elm, sənət adamları keçmiş SSRİ-nin ən ali mükafatları, orden və medalları, fəxri adları ilə təltif olundu. 1969-82-ci illərdə onlarla ziyalımız, tanınmış elm, sənət, ədəbiyyat adamlarımız məhz Heydər Əliyevin birbaşa xidmətləri sayəsində Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti adına layiq görüldü.

Sosialist Əməyi Qəhrəmanları arasında böyük yazıçımız Mirzə İbrahimov, korifey sənətçilərimiz-Rəşid Behbudov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və digərləri vardı. Heydər Əliyev onları bu fəxri adlara təqdim edərkən, məgər onların haralı olduğunumu düşünmüş, nəzərə almışdı? Və yaxud, böyük sənətkarımız, deputat həmkarımız Zeynəb xanım Xanlarova SSRİ Xalq artisti adı alarkən və bu ada təqdim olunarkən, onun hansı bölgədən olduğumu düşünülmüşdü? Həmçinin, Maqomayevlər nəslinin layiqli davamçısı, böyük sənətkar Müslüm Maqomayev SSRİ Xalq artisti fəxri adına təqdim edilərkən, onun hansı bölgəni təmsil etdiyimi nəzərə alınmışdı? Təbii ki və əsla, xeyr!

Onların məhz xidmətləri, sənətləri, yaradıcılıqları, verdiyi töhfələr ilk növbədə nəzərə alınmışdı. Çünki Heydər Əliyev xırda hisslərlə yaşayan bir insdan deyildi. Böyük, tarixi şəxsiyyətlər, müdrik dövlət və siyasət adamları xirda, cılız hisslərdən hər zaman uzaq olurlar. Onların böyüklüyü, şəxsiyyət olması da məhz bundan irəli gəlir və qaynaqlanır.  Yalnız Leyla Yunus və onun kimi xəstə düşüncəli və təfəkkürlü adamlar belə düşünə, Heydər Əliyev kimi insanı tayfaçılıqda, yerliçilikdə, milli kardları və ziyalıları sıxışdırmaqda ittiham edə bilər. Bunlar ədalətsizlikdir, vicdansızlıqdır, Allahsızlıqdır. Nə qədər məsuliyyətsiz və vicdanını itirəsən ki, Heydər Əliyev kimi bir insanı belə məsələlərdə ittiham etməyə qalxasan, ağzına gələni söyləyəsən?!

Birinci hakimiyyəti dövründə Heydər Əliyev Moskvanın buxovlarına, qadağalarına baxmayaraq, hər bir sahədə, hər bir məsələdə milliləşməyə üstünlük verirdi. Ən layiqli insanlarımızı, kadrlarımızı, ziyalılarımızı qiymətləndirir, qabağa çəkirdi, onlara etimad və etibar göstərirdi. Həm də ziyalılarımızı, elm və sənət adamlarımızı SSRİ-nin, sovet quruluşunun təqiblərindən, repressiyalarından qoruyurdu. İstər birinci, istərsə də, ikinci hakimiyyətə dövründə bütün bölgələrdən olan insanlar  hakimiyyətin ən yüksək və ali pillələrində təmsil olunurdu. Onlara da haradan, haralı olmasına, hansı bölgəni təmsil etməsinə görə deyil, məhz fəaliyyətinə, xidmətlərinə görə etibar, etimad göstərilir, ən yüksək vəzifələrə çəkilirdi.

Heydər Əliyev hakimiyyətində həm bakılılar, həm şirvanlılar, həm qarabağlılar, həm gəncəbasarlılar, həm Şimal və Cənub zonasından olanlar, həm də naxçıvanlılar və ermənistanlılar (qərbi azərbaycanlılar), o cümlədən, Azərbaycanda yaşayan digər millətlərin, azsaylı xalqların nümayəndələri təmsil olunurdular. Bu etimadı, etibarı doğruldanlar, işinin əsl peşəkarı olanları da vardı, bu etimadı doğrultmayanlar, işinin, vəzifəsinin öhdəsindən gəlməyənləri də. Və təbii ki, belələrinə qarşı da lazım addımlar atılırdı. Burada hansı sıxışdırılmadan, hansı təzyiqdən və ya hansı yeliçilik siyasətindən danışmaq olar? Odur ki, Leyla Yunus və onun kimilər ağlına və ağızlarını gələni danışmasınlar, öz çamurlarını başqalarının üzərinə atmasınlar.

Onları nəinki Heydər Əliyevdən danışmağa, hətta, onun adını ağızlarına almağa belə haqqları yoxdur. Heyər Əliyev ucalıqdır, zirvədir, müqəddəslikdir. Tarix belə insanları az-az yaradır və bəxş edir. Biz bəxti, taleyi, qisməti gətirmiş xalqıq, dövlətik ki, məhz Heydər Əliyev kimi tarixi şəxsiyyətimiz var”.

niyaziiii

mirza

heyder eliyev zerife 12141

azerrrrr

Eks-prezident mərhum Əbülfəz Elçibəylə deyilənlərə gəlincə, millət vəkili beyib ki,  bunlar da insafsızlıqdır, ədalətsizlikdir, tarixi saxtalaşdırmaq cəhdidir:

“Düzdür, mərhum Elçibəy prezidentlik kimi məsuliyyətli və ağır bir missiyanı çiyinləri üzərində daşıya biləcək bir siyasət adamı deyildi, onun idarəçilik təcrübəsi yoxuydu, amma o xalqını, vətənini sevən vətənpərvər bir insan, milli-azadlıq hərəkatına rəhbərlik etmiş bir şəxsiyyət idi. Onun “KQB”-nin agenti, satqın olması haqda deyilənlər  də ədalət hissini unutmaqdan, vicdansızlıqdan başqa bir şey deyil.

Onun dediklərini heç öz qayını Ramiz Yunus belə qəbul etmədi, əksinə, Elçibəyə simpatiyasını bildirməklə, Leyla Yunusun əsl böhtançı və yalançı olduğunu bir daha ortaya qoydu. Bəli, Leyla Yunus yenə əmrində, buyruğunda olduqlarının yeni əmr və tapşırıqlarını icra edir, fitnə-fəsad törətməyə çalışır. Ancaq bilsin və unutmasın ki, bu yolun axırı yoldur, uçurumdur, tarixin zibilliyidir. Gec-tez məhz  həmin uçuruma, tarixin zibilliyinə yuvaralancaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi – PJB-DƏN NƏCİB ADDIM

Read Next

Türkmənistan prezidenti vəfat edib? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir