Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək-XƏBƏRDARLIQ

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər arabir duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Etikxeber.az

Read Previous

Evin-ailənin tək, subay və ali təhsilli oğlu, 163 saylı tam orta məktəbin yeganə Şəhidi-İSMAYILLILI, HƏM DƏ BAKILI CƏMİL HABİL OĞLU MƏMMƏDLİNİN BU GÜN 25 YAŞI TAMAM OLUR – CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, BARELEYFİNİN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Atamız rəhmətə gedəndə Eminin cəmi 12 yaşı varıydı, anamız onu çox çətinliklərlə böyütmüşdü…Cəmi 20 yaşında da Vətən yolunda Şəhid oldu…”-BAKILI, ƏMİRCANLI, CƏMİ 20 YAŞLI, SUBAY BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ EMİN CƏFƏROVUN BACISI ZÜMRÜD CƏFƏROVA-ƏBDÜLƏZİMOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir