lham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini-QƏBUL ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul etdi.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirildi, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulandı.

Söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

35 gündən sonra nəşi tapılan Mingəçevirli Şəhid qardaşlardan Musa Həsənovun torpağa tapşırılmasından-BİR İL KEÇDİ…-FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin tək oğlu, bir övladı Vətənə əmanət qalan Oruc Nəcəfli ilə evin tək və subay oğlu Fuad Xankişiyevin bu gün-ANIM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir