“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi çərçivəsində Yunanıstanda 17,3 kilometr borular kəmər marşrutu boyunca sahələrə düzülüb, təxminən 8,4 kilometr borular qaynaq edilib. Qaynaq olunan ilk borular xəndəklərə endirilib.
Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.
“Yunanıstanda boru kəmərinin marşrutu üzrə rəsmiləşdirmə və təsnifat Yunanıstan-Türkiyə sərhədinə yaxın Kavala sahəsində başlayıb. Borular Kavala, Saloniki və Aleksandrupolis limanına gəlməkdə davam edir. TAP-ın təxminən 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 30 faizi artıq sahələrə çatdırılıb” – deyə, L.Givert əlavə edib.
Etikxeber.az