Lisenziya yenidən tələb olunmayacaq – Prezidentdən növbəti təşəbbüs

Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin sentyabrın 16-da  keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə,  adıçəkilən komitənin sədri Eldar İbrahimovbildirib ki, qanunun 12-ci maddəsinə yeni bəndin əlavə edilməsi təklif olunur. O, qeyd edib ki, indiki dövrdə belə bir əlavəyə ciddi ehtiyac var və  məhz bu səbəbdən də ölkə başçısı tərəfindən bu yöndə sənəd parlamentə göndərilib.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Komitə üzvləri də təklif olunan əlavənin çox mütərəqqi xarakter daşıdığını və onu dəstəklədiklərini bildiriblər.

Layihə müzakirələrdən sonra Milli Məclisin (MM) plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Turizm haqqında” yeni qanun layihəsi yenidən müzakirələrdə

Read Next

Daha iki qanunda mühüm dəyişiklik edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir