Lisenziyaya görə dövlət rüsumu alınmayacaq – DƏYİŞİKLİKLƏR

Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.

Etikxeber.az  məlumat verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər mayın 7-də Milli Məclisin (MM)  İqtisadiyyat syiasət, sənaye və sahibkarlıq komitəsinini mayın 7-də iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenxiya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidirlər.

Həmçinin, mövcud qanunun 17-ci maddəsinə əlavə bənd əlavə olunur. Əlavə olunan 17.8-ci bəndə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

meclis-5

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Həmçinin, təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib. Belə ki, mövcud qanuna əlavə edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat,  ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumu tutulacaq.

Qanun layihəsi müzakirələr açılmadan plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu günə kimi kimsəyə kompliment deməmişəm, amma…” – ƏLİ MƏSİMLİ

Read Next

Hesablama Palatasının fəaliyyət istiqaməti genişləndirilir və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir