Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin sədri Viktoras Prantskietisi görüşüb.
Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
V.Prantskietisini Litva Seyminin sədri seçilməsi münasibətilə təbrik edərək Həsən Məmmədzadə iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. Azərbaycan-Litva əlaqələrinin bütün sahələr üzrə inkişafının vacibliyini vurğulayıb. Diplomat ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının əhəmiyyətini qeyd edib, Seymdə yenidən formalaşmış Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə tanışlıq görüşünün keçirildiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ölkəsinin rəsmi mövqeyini bir daha vurğulayan V.Prantskietis bildirib ki, Litva Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşır. O, Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib və ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Etikxeber.az