Oqtay Əsədov Litvanın spikerini qəbul etdi – YENİLƏNİB

Litva Respublikası Seyminin sədri Viktoras Prantskietis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Respublikası Seyminin sədrini  Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Onun spiker Oqtay Əsədovla və digər rəsmilərlə görüşü gözlənilir.

***

Milli Məclisin Sədri O. Əsədov Litva Respublikası Seyminin Sədri V. Prantskietisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Qeyd edilib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.

Litva Respublikası Seyminin Sədri V. Prantskietis ölkəmizə səfərinin əlaqələrimizin inkişafı üçün müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib.

Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmasından məmnun qaldığını söyləyib.

Bildirilib ki, Litva Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Qarşılıqlı səfərlər təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Etikxeber.az

Read Previous

Ölkə ərazisində hava əsasən yağmursuz olacaq – SABAH

Read Next

Vergi Məcəlləsinə – 164 DƏYİŞİKLİK NƏZƏRDƏ TUTULUR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir