Lotereya oyunlarının reklamı ilə bağlı qadağalar sərtləşdirilir

Azərbaycanda lotereya oyunlarında və lotereyanın reklam bazarında bir sıra ciddi qadağalar tətbiq olunması nəzərdə tutulur.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında“Lotereyalar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər və əlavələr  müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyyə edilib.
 “Lotereyalar haqqında” qanunun “Lotoreyaların rekalmı” adlanan 8-1. maddəsinə əsasən lotoreyaların reklamında aşağıdakı qadağalar qoyulacaq:
8-1.1. Lotereyaların reklamının sifarişçisi qismində lotereya təşkilatçısı çıxış edir. Reklam lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) üzərində yerləşdirilə bilər. 8-1.2. Lotereyada udan şəxsin yazılı razılığı olmadan adı reklamda aıqlama bilməz. 8-1.3. Lotereyaların reklamında aşağıdakılar qadağandır: 8-1.3.1. Yetkinlik yaşına çatmayanlara müraciət olunması 8-1.3.2.Lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması 8-1.3.3. Lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi 8-1.3.4. Lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması 8-1.4. Lotereyaların reklamı telekomunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələridən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir. 8-1.5. Stimullaşdırıcı lotereyanın reklamında həmin lotereyanın keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir. 8-1.6. Stimullaşdırıcı lotereya biletlərinin sahiblərinə uduş qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz. 8-1.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin, tütün və tütün məmulatlarının satışını stimullaşdırmaq məqsədi ilə lotereyaların keçirilməsi qadağandır. 8-1.8. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir.
Etikxeber.az

Read Previous

Dərslik, kitab və tədris materiallarında reklam qadağan edilir

Read Next

Buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir