Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İtaliyanın “Napoli” futbol klubu Hollandiyanın PSV komandasının meksikalı hücumçusu Hirvinq Lozano ilə müqavilə imzalayıb.
Etikxeber.az “TASS”-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İyirmi dörd yaşlı futbolçu ilə müqavilə beş il müddətinə nəzərdə tutulub və transferin məbləği 40 milyon avrodur. Bu, klubun tarixində ən bahalı transfer hesab olunur.
Lozano 2017-ci ildən PSV-də oynayır. Hollandiya klubunun tərkibində meksikalı hücumçu 2018-ci ildə ölkə çempionu olub. Futbolçu komandada, ümumilikdə 79 oyun keçirib, 40 qol vurub və 23 məhsuldar ötürmə edib.
O, Meksika millisində 35 matç keçirib və 9 qol vurub. Forvard milli komandanın heyətində Rusiyada keçirilən dünya çempionatının səkkizdəbir finalına yüksəlib.
Bakının “Keşlə” futbol klubunun sabiq yarımmüdafiəçisi Fuad Bayramov karyerasını isə Gürcüstanda davam etdirəcək.
Futbolçu Gürcüstan Yüksək Liqasında çıxış edən “Rustavi” komandası ilə müqavilə imzalayıb.
F.Bayramov bir il müddətinə Gürcüstan təmsilçisinin şərəfini qoruyacaq.
Bakının “Sabah” klubu da öz növbəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Bakı təmsilçisi 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə ikiillik müqavilə bağlayıb.
Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb. Ozan Azərbaycanın U-21 millisində də çıxış edib.
Etikxeber.az