“Lukaşenko təminat verdi…”-ZELENSKİ – YENİLƏNİB – (1)

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Zelenski “Teleqam”-da paylaşım edib.

Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib.

Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir. 

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya ilə Bakı, Varşava, Budapeşt və İstanbulda danışıqlara hazır olduğunu, Ukrayna və Rusiya arasında danışıqların Belarusda, Minskdə ola bilməyəcəyini bəyan etmişdi.

O, bunu Ukraynaya qarşı hərbi əməliyyatlarda Belarus ərazisindən də istifadə olunması ilə izah etmişdi

***

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü Belarus-Ukrayna sərhədində olacaq.

Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Rusiya və Ukrayna nümayəndələrinin heç bir ön şərt olmadan Ukrayna-Belarus sərhədində, Pripyat çayının ərazisində görüşməsinə razılaşıbılar:

“Aleksander Lukaşenko Ukrayna nümayəndə heyətinin yola düşmə, müzakirələr və geri qayıtması zamanı Belarus ərazisindəki bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair öhdəlik götürüb”.

***

“Belarus-Ukrayna sərhədində keçiriləcək danışıqlara Ukraynanın nəyi qəbul edəcəyi perspektivindən yanaşmayın”.

Bunu da Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

D. Kuleba deyib ki, Ukrayna nümayəndə heyəti göndərməyə razılaşıb:

“Ancaq nümayəndə heyəti ölkəmizə raketlər atılan Qomelə getməyəcək, biz sərhəddə görüşəcəyik. Biz bu danışıqlara Rusiyanın demək istədiklərini dinləmək və bu müharibə ilə bağlı nə düşündüyümüzü deməyə gedirik”.

Xarici işlər naziri bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında onu əmin edib ki, Belarus hərbi qüvvələri Ukraynaya qarşı istifadə edilməyəcək:

“Bu, nailiyyətdir. İnanırıq ki, Lukaşenko sözünün üstündə duracaq. Biz təslim olmamışıq, olmayacağıq. Kapitulyasiyaya getməyəcəyik, torpağımızın bir qarışını da verməyəcəyik”.

Etikxeber.az

Read Previous

Daha 1041 yeni yoluxma-DAHA 22 ÖLÜM…

Read Next

Aİ hava məkanını bütünlüklə Rusiya üçün bağladı-İKİ MEDİA ORQANININ FƏALİYYƏTİNƏ QADAĞA QOYDU VƏ BELARUS DA SANKSİYALARDAN KƏNARDA QALMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir