“Məcburi köçkün olan bir məmur hələ 5 il öncə ona verilən yardımdan imtina edib” – HADİ RƏCƏBLİ

“Sosial məsələlərdə ən vacib məsələ ünvanlılıqdır, ünvanlılıq olmayanda onun əhəmiyyəti olur sıfır”

“Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmrimi alan gün ərizə verərək ona verilən yardımdan imtina edib. Dedi ki, bu, mənə yaraşmaz, ayıb olar”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən komitənin parlamentin qarşıdan gələn 2017-cil yaz sessiyası ilə bağlı yanvarın 26-da keçirilən iclasında ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib.
Komitə sədri qeyd edib ki, bu sərəncam israfın da qismən qarşısını ala bilər.
H. Rəcəblinin sözlərinə görə, sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək.
“Sosial məsələlərdə ən vacib məsələ ünvanlılıqdır. Ünvanlılıq olmayanda onun əhəmiyyəti olur sıfır. Odur ki, bu sərəncam ilk növbədə ünvanlılğı təmin edəcək. Bildiyiniz kimi, bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yemək pulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda, qənaətcilliyə həvəsləndirəcək”-deyə, H. Rəcəbli daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

“Problemlər var, insanlarla görüşüb onların ürəyinə az da olsa, su səpməliyik” – DEPUTAT

Read Next

“Biz passiv olanda ortalıq boş qalmır, dağıdıcı qüvvələr bizim yerimizi alır”- MUSA QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0