“Mədəniyyət Nazirliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanıb”-QƏNİRƏ PAŞAYEVA

Mədəniyyət Nazirliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi artıq hazırlanıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında komitə sədri Qənirə Paşayeva bildirib.

Deyib ki, qanun layihəsi ilə bağlı dinləmə təşkil olunacaq.

“Dinləmələrin təşkili üçün İşçi qrupu da yaradılacaq. Dinləmələrə cəlb edilən ekspertlərin təklifləri də nəzərə alınmaqla, qanun layihəsi yaz sessiyasında parlamentin plenar iclasına tövsiyə ediləcək”-deyən komitə sədri eyni zamanda bildirib ki, yaz sessiyasında “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş aparılacaq.

Onun gözlərinə görə, bu qanun layihəsi ilə bağlı da dinləmə təşkil olunacaq, İşçi qrupu yaradılacaq.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, 2 medallı, Şəhidlik Haqqı hələ də tanınmayan-ELVİN CƏFƏRZADƏNİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha 59 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir