Mədəniyyət Nazirliyi ilə YAP-ın tədbirlərinin bir hissəsi “Nəsimi İli”nə aid olacaq – BAŞ NAZİRİN MÜAVİNİ – YENİLƏNİB

YAP-ın 740 min nəfər üzvü var. Partiyanın əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Həmçinin partiyamızda xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur.

Etikxeber.az xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədiylə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair Mədəniyyət Nazirliyi ilə 2019-2020-ci illər üzrə birgə fəaliyyət planına aid kommunikenin imzalanması mərasimində deyib.

ali ahmadov

Ə. Əhmədov bildirib ki, YAP təkcə siyasi fəaliyyət göstərmir: “Partiyamızın fəaliyyətinin bir qolunu mədəniyyət və incəsənətlə bağlı sahə təşkil edir. YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.

Baş nazirin müavini deyib ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək:

“Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb. Tədbirlərin bir hissəsi də “Nəsimi İli ilə bağlı olacaq. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin,  nazirliklə birlikdə teatrlarda, muzeylərdə görüşlərin keçirilməsi planlaşdırılır”.

***

abullllll

Çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev YAP-la Mədəniyyət Nazirliyinin indiyə qədər də fəal əməkdaşlıq etdiyini bildirib.

O, deyib ki, partiyanın yerli strukturları ilə müxtəlif tədbirlər reallaşdırılıb. Nazirin sözlərinə görə, birgə fəaliyyət planı isə bu əməkdaşlığın yeni mərhələsidir və bütün ölkəni əhatə edəcək. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışan Əbülfəs Qarayev bu ideologiyanın gənclər arasında geniş təbliğ olunmasının  əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, regionlardakı Heydər Əliyev Mərkəzlərinin imkanlarından istifadə edərək YAP və Mədəniyyət Nazirliyi azərbaycançılıq ideologiyası, vətənpərvərlik, milli tarixi-mədəni irsimizin qorunması mövzularında vacib layihələr həyata keçirə bilər.

Nazir bütövlükdə hər iki təşkilatın birgə əməkdaşlığının faydalı olacağına əminliyini ifadə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı komissiya yaradılacaq – NAZİR – YENİLƏNİB – (1)

Read Next

Zurab Sereteli “Dostluq” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir