Mədəniyyət Nazirliyi tanınmış bəstəkarın yubileyini niyə keçirmir? – AİLƏSİNDƏN ETİRAZ

Böyük sənətkarımız, gözəl bəstəkarımız mərhum Elza İbrahimovanın 80 yaşı tamam olsa da, hələ də onunla bağlı yubilyev tədbir keçirilməyib.

İl başa çatır, amma yubiley tədbirindən bir səs-soraq yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı dilə gətirib.

elza-1

MILA=-6

O, qeyd edib ki, bu haqda ona E. İbrahimovanın qardaşı deyib, oz narahatlğını bildirib.

“Bugünlərdə Elza xanımın qardaşı mənə bu haqda dedi və öz narazılığını bildirdi. Çünki Elza xanımın dövlət səviyyəsində 80 illik yubeliyinin keçirilməsi ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı var. Bu sərəncam da 2017-ci ildə imzalanıb. Amma çox təəssüflər olsun ki, həmin vaxtdan bu günə kimi bu məsələ həlli tapmayıb, aidiyyəti qurumlar bu məsələyə diqqət yetirməyiblər. Artıq il də başa çatır. Ona görə Mədəniyyət Nazirliyimiz, eləcə də bu məsələ ilə bağlı cavabdeh olan digər qurumlarımız bu məsələni həll etməlidir. Bu narazılıq, bu etinasızlıq aradan qaldırılmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək, Xalq artistsi E. İbrahimova 1938-ci ilin 10 yanvar tarixində anadan olub.

O, 74 yaşında, 2012-ci ilin fevral ayının 11-də dünyasını dəyişib.

Bir daha xatırladaq ki, prezident İ. Əliyev 22 dekabr 2017-ci il tarixində E. İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda da qeyd edilir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar E. İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Etikxeber.az

 

Read Previous

“Mançester Siti” Sterlinqlə yeni müqavilə imzaladı

Read Next

Meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir