Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin təşkilatçılığı ilə-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZAUR İSMAYILZADƏYƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün-25 noyabr 2025-ci il tarixində, axşam saatlarında Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Lənkəranlı (həm də Bakılı) İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay oğul Zaur İsmayılzadənin xatirəsinə (30 illiyinə) həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı Xatirə gecəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin rəhbəri, şair Güllü Tomarlının aparıcılıq etdiyi Xatirə gecəsində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Zaur İsmayılzadə ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra çıxışlar başlayıb.

Güllü Tomarlı, Şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Şəhid atası Mürvət Əsgərov, Şəhid anası Ceyran Həsənova və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Zaur İsmayılzadə də daxil olmaqla, cəmi Şəhidlərin Vətənə naminə fədakarlıqlarından söz açılıb.

Çıxışlardan sonra Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.

Tanınmış bəstəkar-müğənni Ruslan Səfəroğlunun Şəhidə həsr və ifa etdiyi mahnı isə Xatirə gecəsi iştirakçılarını xüsusilə, duğyulandırıb.

Xatirə gecəsində həmçinin, səhnəciklər nümayiş etdirilib.

2 saatdan çox davam edən Xatirə gecəsinin sonunda xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Xatirə gecəsində Şəhidin anası və tək bacısı, Şəhid anaları və Şəhid ataları, Şəhid ailələrinin üzvləri, Qazilər, veteranlar, ziyalılar, sabiq millət vəkili Tərlan Musayeva, sənətçilər və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Burhan Mirzəyev kimi Vətənpərvər atanın Nurəddin Mirzəzadə kimi də Qəhrəman oğlu olmalıydı…”-Bu gün Anım günləri olan Tərxan Qurbanov və Nurəddin Mirzəzadə-TƏRXAN QURBANOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BEŞ, NURƏDDİN MİRZƏZADƏNİN İSƏ TORPAĞA TAPŞIRILMASINDAN ÜÇ İL KEÇİR – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir