Mədəniyyət və istirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların  Siyahısı”nda dəyişikliklər edib. 

Etikxeber.az-ın məlumatına əsasən, qərara əsasən mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb. 

Mədəniyyət və istirahət parkları  onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Etikxeber.az

Read Previous

Prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatdı – İRANDA

Read Next

Ölkə vətəndaşlarının Avropaya vizasız gedişi müzakirə olunur – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir