Mədəniyyət və turizm naziri Masallıya niyə gedir?

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 24-də Masallıda vətəndaşları qəbul edəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

Etikxeber.az

Read Previous

“Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb

Read Next

Qurbanlı Beyləqanda vətəndaşları qəbul edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir