Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezidentin sərəncamı ilə bəzi fəaliyyət sahələri, o cümlədən, turizm üzrə lisenziyanın verilməsi ləğv edilsə də, turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır”.
Etikxeber.az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin (MM) Əmək və sosial komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən bildirib.
“Prezidentin sərəncamı ilə bəzi sahələr üzrə sahibkarlar üçün lisenziya ləğv edilib. Lisenziyanın ləğv olunduğu vaxtdan, yəni, 2015-ci ilin noyabrından indiyə kimi bizə yüzlərlə müraciət daxil olub. Şirkətlər açılır, lakin onların nə otaqları, nə də ofisləri var. Evində telefonla işləyir, biletin sifarişini edir, pulunu vermirlər. Bunların hamısının qarşısını almaq üçün tənzimləmə mexanizmi olmalıdır”-deyə. M. Qəhrəmanov vurğualyıb.
Onun sözlərinə görə, lisenziyanın ləğv olunması o demək deyil ki, turizmə sahəsinə nəzarət etmək səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyinin əlindən alınıb:
“Bu sahəyə nəzarət lazımdır. Bu, həm xidmətin keyfiyyətinə təsir göstərər, həm də sənayeni formalaşdırar”.
M.Qəhrəmanov deyib ki, bu gün turizm sahəsində həm ali, həm peşə təhsili sahəsində mütəxəssislərin yetişməsinə ehtiyac var. Çünki bu, turizm xidmətinin təşkilinə birbaşa təsir göstərən məqamdır.
M.Qəhrımanlı deyib ki, hazırda turizm sahəsində peşə hazırlığı sertifikasiyasına çox böyük ehtiyac var.
Onun sözlərinə görə, bu gün turizm sahəsində qiymətlərin aşağı, xidmət səviyyəsinin yüksək olmasını istəyiriksə, turizm obyektlərinin sayı çox olmalıdır.
Etikxeber.az