Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
1918-ci ilin mart, aprel ayında Bakıda, torpaqlarımızda ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.
Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında millət vəkili Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, Cənubi Azərbaycanda da ermənilər soyqırımı törədib, on minlərlə insanı öldürüblər: “1965-ci Moskva icazə versə də, həmin vaxt Təhlükəsizlik Xidmətinin rəis müavini Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu”.
T. Kərimli həmçinin, qadınların Bakıda keçirdiyi aksiyaya “Amnesty İnternational” təşkilatının münasibətindən danışıb.
T. Kərimli qeyd edib ki, “Amnesty İnternational” Azərbaycanda qadınların cəsarətlə ortaya çıxıb gender bərabərliyi tələb etdiklərini bildirib:
“Halbuki onlar cəsarət göstərmir, əxlaqsızlıq edirlər”.
***
“1920-ci ildə Yalamada 300 Azərbaycan oğlu Cümhuriyyətin müstəqilliyini qorumaq üçün hərbi qatarın qarşıısna çıxaraq savaşıblar, şəhid olublar. O insanların xatirəsi əbədiləşdirilməlidir”.
Bunu isə millət vəkili Fazil Mustafa bildirib.
Bununla bağıl layihə təqdim etdiyini nəzərə çatdıran millət vəkili Məhəməmd Əmin Rəsulzadənin Bakıda yaşadığı mənzilin muzeyə çevrilməsini də təklif edib.

***
“Tərtərdə sərhəd kəndlərin birində baba, sonra oğlu, bir neçə il sonra isə nənə və nəvə işğalçı ordunun gülləsinə tuş gəlib”.
Bunu da millət vəkili Sahib Alıyev bildirib.
S. Alıyev deyib ki, heç bir torpaq güzəştə getməyəcəyini bəyan edən Ermənistana ATƏT-in Minsk qrupunun həmsədrlərinin etirazlarını bildirməməsi qəbuledilməzdir.

***
“Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, tək sözlər deyil, bir fəlsəfədir”.
Bunu öz növbəsində MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
S. Seyidov deyib ki, Ermənistan Xarici İşlər nazirinin son bəyanatı sonuncu təxribat deyil:
“Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın. Bunlar prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarış bütün cinayətləri ediblər, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin. Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin siyasəti başqa yolla davam etdirir”.

Millət vəkili nəzərə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz “seçkilər” də dünyada tanınmayıb:
“Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk Qrupunu bununla bağlı münasibət bildirməyə çağırırıq. Azərbaycan güclü, dünyada qəbul edilən ölkədir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.
S. Seyidov Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinin dəvət edilərək, Dağlıq Qarabağ münaqişənin həlli mövzusunda parlamentin komitələrində müzakirələrin keçirilməsini də təklif edib.
Spiker Sahibə Qafarova S. Seyidovun təklifinin nəzərə alınacağını bildirib.
***
“Pandemiyaya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz halda biz eləcə də ideologiyası və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20 ildə ilk dəfə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük”.
Bu fikirlər isə MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruca məxsusdur.
Komitə sədri bildirib ki, dəyişiklikləri cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir: “Bu, ilk növbədə, Prezident tərəfindən Administrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin yaradılmasında özünü göstərdi. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq. Siyasi radikalizim və qarşılıqlı inkarçılığın aradan götürülüməsində bunun böyük faydası vardır”.
Z. Orucun sözlərinə görə, REAL partiyasının rəhbərliyi ilə bağlı çıxarılan qərar sübut edir ki, Azərbaycan dövləti ölkəmiz əleyhinə köklənən beynəlxalq təşkilatlara imkan verməmək, daxili qüvvələri onların əllərindən almaqda israrlıdır: “Bu, İlham Əliyevin Milli Məclisin tribunasında səsləndirdiyi “gəlin, problemləri ölkəmizdə çözək, onu kənara daşımayaq” bəyanatına dövlət tərəfindən göstərilən prinsipial münasibətdir. Bütün bunlar göstərir ki, dövlət partiyaların inkişafını istəyir və Azərbaycanda hökm sürən əvvəlki şəraiti dəyişdirməkdə israrlıdır”.
Komitə sədri bütün partiyaları yeni şəraiti dərindən dəyərləndirməyə, siyasi mübarizədə qanunlara və etik qaydalara əməl etməyə, yeni mərhələni irəli aparmağa, İnsan haqları üzrə beynəlxalq təşkilatları isə Azərbaycanda həyata keçirilən böyük siyasi dəyişiklikləri obyektiv qiymətləndirməyə çağırıb.

***
“Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atılır, profilaktik və sistemli tədbirlər həyata keçirilir. Həyata keçirilən mühüm tədbirlər nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılması və təhlükəli həddə çatması artıq mümkünsüzləşdirilib.”
Bunları da MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva çıxışı zamanı deyib.
“Təhlükəni anında və məqamında hiss edən ölkə Prezidenti çoxlarının, hətta dünyaya “insanlıq və demokratiya dərsi” keçib, indi də insanlıq dramı yaşayan, təhlükəyə, bəlaya sanki gözləri baxa-baxa təslim olan aparıcı dövlətlərin və onların rəhbərlərinin “Bu da keçib gedər, virusdur, ötəridir, baş qoşmağa dəyməz” kimi bir yanaşma sərgilədikləri və bunun bədəlini çox ağır ödədikləri bir dönəmdə cənab Prezident İlham Əliyev epidemiya ilə mübarizənin bütün yollarını arayıb-axtardı, bu bəlanın ölkəmizdə genişlənməməsi və təhlükəli hal almaması üçün bütün resursları səfərbər etdi.
Nəticələr göz önündədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, görülən işlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Koronavirus pandemiyası dünyanı cənginə alandan və ölkəmizə “gəlməyə” başlayandan böyük iradə ortaya qoyulub, qətiyyyət nümayiş etdirilib.
Ölkə Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, büdcədən həmin fonda 20 milyon vəsait ayrılıb. Bunun davamı olaraq daim humanistlikləri, insanpərvərlikləri ilə seçilən dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz birillik məvaciblərini fonda ianə ediblər və bununla da növbəti gözəl bir ənənənin əsasını qoyublar. Artıq deputatlar, Milli Məclis də daxil olmaqla, bütün strukturlar, imkanlı şəxslər, sahibkarlar, iş adamları, ziyalılar, ünlülər, sadə vətəndaşlar belə bu fonda vəsait köçürməkdə, xeyirxah, savab işə töhfələrini verməkdədirlər. Əminik ki, dövlətimizin dəstəyi və Tanrının köməyi ilə biz bu bəladan da az zərərlə qurtulacaq, çətin günlər tezliklə arxada qalacaq, Azərbaycan xalqı öz sakit, firavan həyatına davam edəcək”.
J. Əliyeva çıxışının sonunda müsəlman dünyası üçün müqəddəs Ramazan ayından da söz açıb:
“Bu gün bütün müsəlman dünyasında müqəddəs ayın başlanğıcıdır. Müqəddəs Ramazan ayı bir ay davam edəcək. Bu günlərdə tutulan orucların bütün dünyaya xeyir, sağlamlıq, əmin-amanlıq gətirməsini arzu edirəm”.

***
MM-n Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə Azərbaycanda “Şəhidlər həftəsi”nin qeyd olunmasını təklif edib.
M. İbrahimqızı deyib ki, Türkiyə və digər ölkələrdə il ərzində müəyyən bir həftədə şəhidlərin xatirəsi yad edilir.
Millət vəkili Azərbaycanda da şəhidlərin yad edilməsi üçün müəyyən həftənin müəyyənləşdirilməsini və təqvimə daxil edilməsini təklif edib.
Onun sözlərinə görə, həmin həftə ərzində Azərbaycanda bütün şəhidlərin xatirəsi yad edilər.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





