“Məhz buna görə də biz öz xidmətlərimizi təklif edirik…” – NAZİR

Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istəyir.

Energetika Nazirliyindən Etkxeber.az-a bildirilib ki, bunu Burkina-Fasoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, energetika naziri Natiq Əliyev bu ölkənin Prezidenti Roç Mark Kristian Kabore ilə görüşdə deyib.

“Biz azərbaycanlılar çətin yol keçmişik və bu gün dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmış, ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik”- deyə, nazir bildirib. Natiq Əliyev, həmçinin qeyd edib ki, bütün bunlar yaxşı idarəçilik və əzmkarlıq sayəsində mümkün olub. Xarici investorların ölkəyə cəlb edilməsi və onların yatırdığı kapital milli iqtisadiyyatın müxtəlif sektorlarının inkişaf etdirilməsinə imkan verib.

Enerji sektorundakı vəziyyətdən danışan nazir deyib: “Biz hamımız razıyıq ki, elektrik enerjisi inkişafın təməl daşıdır. Bu gün enerjisiz heç bir iqtisadi və sosial inkişaf mümkün deyil. Məhz buna görə də biz öz xidmətlərimizi təklif edirik. Çünki bu sahədə böyük təcrübəmiz var. Biz gələcəkdə Burkina-Faso və Azərbaycan şirkətlərinin investisiyaları sayəsində bu sahədə irəliləyişə nail olacağıq”.

N.Əliyev qeyd edib ki, bu əməkdaşlıq əsasən dövlət şirkətlərinə aiddir. O əmindir ki, Burkina-Faso Prezidentinə təklif etdiyi çoxsaylı layihələr bu ölkənin müxtəlif regionlarının inkişafına şərait yaradacaq və yeni resursların, xüsusilə neft məhsullarının ölkəyə axınına imkan verəcək.

Etkxeber.az

Read Previous

Bəzi çaylarda suyun səviyyəsi 2-3 santimetrədək artıb – Nazirlik

Read Next

Azərbaycan və Gürcüstanın rəqs kollektivləri eyni səhnəni bölüşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir