Məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir-BU GÜNDƏN

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir.

Təhsil Nazirliyindən (TN) Etikxeber.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Etikxeber.az

Read Previous

3 övlad atası Nofəl Nuriyev…Nişanlı Fəxri Qəribzadə-HƏR İKİ ŞƏHİDİMİZİN TORPAĞA TAPŞIRILMASINDAN 10 AY ÖTÜR…

Read Next

23 yaşlı Şəhid Rüstəm Məmmədovun Cənnətdəki ilk doğum günü-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir