“Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır”-RƏSMİ – YENİLƏNİB

Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, Operativ Qərargahın qaydaların yumşaldılması ilə bağlı qərarlarından asılı olaraq bu məsələyə də baxılacaq.

V. Qasımov deyib ki, qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxs olmamalıdır.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, fərdi kursların fəaliyyəti ilə bağlı da qaydalar hazırlanacaq.

***

“Həkim həmkarlarımı Operativ Qrargah tərəfindən təsdiqlənmiş müvafiq qayda və təlimatlara riayət etməyə çağırıram”.

Bunu da R. Bayramlı bildirib.

R. Bayramlı vətəndaşları Ramazan ayında da karantin rejiminə ciddi riayət etməyə çağırıb:

“Ramazan ayında vətəndaşlarımız karantin rejiminə ciddi riayət etməlidirlər”.

Etikxeber.az

Read Previous

“Karantin rejimi çərçivəsində aztəminatlı şəxslərə tətbiq edilmiş cərimələr bağışlanılsın”-DEPUTATDAN MARAQLI TƏKLİF

Read Next

“REAL”-çılar onları əllərinin altına keçirmək istəyən müxtəlif dairələrin cəhdlərini görə biləcəklər və…”-ZAHİD ORUC AM-İN İLQAR MƏMMƏDOV VƏ RƏSUL CƏFƏROVLA BAĞLI QƏRARINI DƏYƏRLƏNDİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir