Məlahət İbrahimqızı “Avronest”-də profil komitəsinin həmsədri seçildi

Ukrayna paytaxtında Avronest Parlament Assambleyasının (PA) siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edir.

Etikxeber.az xəbər verir ki, tədbirin ilk günündə, Avronest PA Ukrayna Ali Radasında işə başlamazdan əvvəl iştirakçılar bu ölkənin Xarici İşlər Nazirliyində olublar.

Oktyabrın 31-də parlamentin konfrans zalında Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Geraşşenko giriş sözü ilə iclas iştirakçılarına müraciət edib.

Sonra Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin bu il martın 21-də Brüsseldə keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Daha sonra Avropa İttifaqına üzv və Şərqi Avropanın tərəfdaş ölkələrindəki vəziyyət və həmin ölkələrdə kütləvi informasiya vasitələrinin azadlığı, müstəqilliyi və obyektivliyi barədə fikir mübadiləsi aparılıb.

Avronest PA-nın şərq komponentindən sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilib. Avronest PA-nın bu mühüm profil strukturunun həmsədri vəzifəsinə Azərbaycan Milli Məslisinin deputatı Məlahət İbrahimqızı seçilib.

Avropa deputatları və Ukrayna parlamentinin üzvləri M.İbrahimqızını bu təyinat münasibətilə təbrik edib və bu vəzifədə ona uğurlar arzulayıblar.

Məlahət İbrahimqızı isə mətbuata açıqlamasında bu təyinatı özünün şəxsi uğuru kimi deyil, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan parlamentarizminin Avropa siyasəti məsələlərinin həllində, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində xidmətlərinin nəticəsi kimi qiymətləndirdiyini vurğulayıb. O, qeyd edib ki, bu gün regionda heç bir məsələ rəsmi Bakının rəyi nəzərə alınmadan həll edilmir. Deputat daha sonra vurğulayıb ki, Azərbaycan regionun ən nüfuzlu aktoru kimi iri siyasi, enerji və nəqliyyat layihələrini reallaşdırır.

Qeyd etmək lazımdır ki, Azərbaycan parlamentariləri bu forumdakı çıxışlarında, həmkarları ilə söhbətlərində, xarici jurnalistlərə verdikləri müsahibələrdə Ermənistan-Azərbaycan münaqişəsi, erməni təcavüzü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə həqiqəti çatdırıblar.

Noyabrın 1-də Avronest PA siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclası öz işini başa çatdıracaq.

Etikxeber.az

Read Previous

“Qarabağ klanı” nə qədər ki, hakimiyyətdədir…” – DEPUTAT

Read Next

Rusiyalı məmur-siyasətçi Bakıda ABŞ əleyhinə sərt ifadələr işlətdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir