Məlahət İbrahimqızı da-İMZA VƏRƏQƏLƏRİNİ TƏHVİL VERDİ…

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, nüfuzlu millət vəkillərindən olan Məlahət İbrahimqızı da imza vərəqələrini namizdədliyini irəli sürdüyü 21 saylı Nəsimi birinci seçki dairəsinə təhvil verib.

Etikxeber.az-ın  xəbərinə görə,  5-ci dəfə seçkilərə qatılan millət vəkilin namizədliyinin qeydə alınması məsələsinə 21 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən yaxın günlərdə baxılacaq və qərar veriləcək.

Qeyd edək ki, M. İbrahimqızı bir dəfə proporsionaldan, 3 dəfə majoritardan millət vəkili seçilib və hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edib.

İki dəfə Şəmkirdən, bir dəfə isə hazırda namizədliyini irəli sürdüyü rayondan, Nəsimidən millət vəkili seçilib.

YAP-ın parlamentdəki fəal deputatlarından, hakim partiyanın Siyasi Şurasını təmsil edən iki xanım millət vəkilindən biridir.

İmza vərəqələrini təhvil verdiyini saytımıza qısa açıqlamasında millət vəkilinin özü də təsdiqləyib.

Etikxeber.az

 

Read Previous

Ziyad Səmədzadə imza vərəqələrini qaytardı-SABAH DSK QƏRAR VERƏCƏK

Read Next

“Bu cür davranışı Ermənistan tərəfi qəsdən diqtə edir…” – SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir