Məlahət İbrahimqızı yeni və xanım həmkarlarından yazdı-SİYAHI-FATMA YILDIRIM, SƏBİNƏ XASIYEVA, JALƏ ƏHMƏDOVA…

Azərbaycanda keçirilən erkən parlament seçkiləri, Fransanın Opinion Way və “AJF Associates İnc.” araşdırma şirkətlərinin apardığı Exit-poll sorğularının nəticələrinin təhlili göstərir ki, 6-cı çağırış Azərbaycan Milli Məclisinin üzvlərinin yeni tərkibində qadın millət vəkillərinin sayı təxminən 22 olacaq.

Etikxeber.az xəbər verir ki, bunu 5-ci dəfə seçkilərin qalib olan Məlahət İbrahimqızı deyib.

“Bu Azərbaycanda dövlət qadın siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir” -deyə, o, əlavə edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin siyahısında da exit-pollarda qalib olmuş xanımların adları yer alıb.

Onların adlarını qeyd edirik: Kamilə Əliyeva, Qənirə Paşayeva, Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Aqiyə Naxçıvanlı, Ülviyyə Həmzəyeva, Ülviyyə Ağayeva, Könül Nurullayeva, Nigar Arpadarai, Sevil Mikayılova, Sədaqət Vəliyeva, Afət Həsənova, Hicran Hüseynova, Əminə Ağazadə, Jalə Əhmədova, Fatma Yıldırım və Səbinə Xasıyeva.

Etikxeber.az

Read Previous

Vüqar Bayramov füzulililərə-TƏŞƏKKÜR ETDİ

Read Next

“Yüksək etimad və böyük dəstək üçün minnətdaram” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir