“Məlikməmməd və Ziba” adlı yeni komediya filmi çəkilib

Bakıda “Məlikməmməd və Ziba” adlı yeni komediya filmi çəkilib.

Etikxeber.az xəbər verir ki, komediya janrında ekranlaşdırılan filmin müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur.

Qeyd edək ki, filmin çəkilişləri Mingəçevir və Bakı şəhərlərində aparılıb. Komediyanın süjet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran, komik vəziyyətlərdən ibarətdir. Məlikməmməd adı klassik nağıllarımızda olan cəngavər obrazını xatırlatsa da, bu filmin baş qəhrəmanı Məlikməmməd heç bir işdə uğur qazanmayan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır.

Ekran əsərində baş rolda aktyor Nofəl Şahlaroğlu, digər rollarda Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Əzizağa Əzizov, aktyorlar Qorxmaz Əlilicanzadə, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, Rəşid Səməndər və başqaları çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.

Etikxeber.az

Read Previous

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası yaşandı- 5 ölü, 4 yaralı – FACİƏ

Read Next

“Azərbaycan-məmləkətim mənim!(1)”- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir