Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə-NƏDƏN DANIŞDI? – FOTOLAR

Xarici İşlər naziri Elmar Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Etikxeber.az-a verilən xəbərə görə, qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə ediblər.

Bu xüsusda, ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunulub.

Komissar O.Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd etdi və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq, tədbir zamanı paraflanması təklifini irəli sürüb.

Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə nazir Elmar Məmmədyarov komissar Oliver Varheylini Azərbaycan Respublikasına dəvət edib. Öz növbəsində, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul etdiyini bəyan edib.

Etikxeber.az

Read Previous

“Artıq BMT və Minsk qrupu Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməlidir…” – NAQİF HƏMZƏYEV

Read Next

“O, möhkəm oğlandır…”- TRAMP – ABŞ PREZİDENTİ ƏRDOĞANLA YENƏ İDLİBİ MÜZAKİRƏ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir