Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak etmək üçün Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun sessiyanın yüksək səviyyəli seqmentində çıxış etməsi, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Etikxeber.az