Məmmədyarov: “GUAM vacib platformaya çevrilib…” – YENİLƏNİB

GUAM üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib.

Etikxeber.az-ın məlumatına görə, bunu GUAM – Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın Parlament Assambleyasının doqquzuncu sessiyasının açılışında  xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, GUAM təşkilatı, həmçinin üzv ölkələrin ərazisində mövcud münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır.

***

E.Məmmədyarov GUAM üzv ölkələrinin BMT Baş Assambleyasında “uzanmış münaqişələr” üzrə qətnamə layihələrinin irəli sürülməsi bağlı səyləri artırmasının vacibliyini vurğulayıb:

“GUAM üzv ölkələrinin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində əraz bütövlüyünün bərpası üzv ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Biz münaqişələrin həlli yolunda səylərimizi birləşdirməliyik”.

Etikxeber.az

Read Previous

Azərbaycan GUAM ölkələrinin idman oyunlarının keçirilməsini təklif etdi

Read Next

Ukraynada GUAM ölkələri baş nazirlərinin görüşü keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir