“Məmur məsuliyyəti vacibdir və önəmlidir” – MİLLƏT VƏKİLİ

İqtisadi göstəricilərin ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözləniləndir. Yeri gəlmişkən qeyd edim ki, aparılan islahatların müsbət nəticələri dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

“Fikrimi faktlarla əsaslandırmaq istərdim. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib.  Bununla da MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Digər tərəfdən, “Azərbaycan 2019 – Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i “Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək dəyərləndiriblər”-deyən millət vəkilinin sözlərinə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 5 milyard 319 milyon 766 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Millət vəkili deyib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur. Altı ayda Avropa İttifaqı ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub:

azerrrrr

“İqtisadiyyatda müsbət makroiqtisadi göstəricilər bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Şübhəsiz, daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanlarımız növbəti illərdə yeni hədəflərə çatmaqda xüsusi rol oynayacaq. Çünki bu islahatlar yalnız bu günə deyil, həm də sabaha hesablanıb. Onu da xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurları dəyərləndirərkən bu nailiyyətlərlə kifayətlənməməyi və dayanıqlı inkişafı təmin etmək üçün daha fəal işlər görülməsinin vacibliyini söyləyib.

Bu mənada, bundan sonra da ölkəmizin inkişafı, daha da güclənməsi naminə sistemli tədbirlər həyata keçiriləcək. Bir sözlə, inkişaf, tərəqqi üçün potensialımız, imkanlarımız çox böyükdür və bunlardan yetərincə, tam istifadə etməliyik, yararlanmalıyıq, hər bir qurum, təşkilat, məmur dövlət başçısının bu yöndə tapşırıq və göstərişlərinə vaxtında, zamanda əməl etməlidir və inanıram ki, belə də olacaq. Məmur məsuliyyəti çox vacibdir və önəmlidir. Hər kəs buna ciddi yanaşmalıdır. Burada səhlənkarlıq, arxayınçılıq, bürokratiya olmamalıdır. Bütün çıxışlarında da dövlətimizin başçısı məhz bunu səsləndirir”-deyə, A. Badamov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“90 gün vizasız qala biləcəklər…” – MİLLƏT VƏKİLİ – MÖVQE

Read Next

“Müxalifətçiliyi Azərbaycanda etmək lazımdır…” – POLİTOLOQ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir