“Məmurlar mənzil növbəsinə salınması üçün Şəhid ailəsindən maddi maraq güdmüşlər, hətta…”-DEPUTAT MƏSƏLƏNİ NƏZARƏTƏ GÖTÜRDÜ

Şəhid övladı Cavid Cabir oğlu Hüseynzadə ilə onlayn formatda görüşümüz oldu. Cavidin qayğıları ilə maraqlandıq, söhbət əsnasında aydın oldu ki, ailəsi illərdir haqsızlığa məruz qalmış, hələ də mənzil növbəsinə salınmamışdır. Şəhid oğlunun dediyinə görə hətta müəyyən zamanlarda hansısa cılız məqsədlər naminə ayrı-ayrı məmurlar atasının şəhidliyini belə danmağa cəhd etmiş, növbəyə salınması üçün onlardan maddi maraq güdülmüşdür.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, hazırda şəhidin həyat yoldaşı, oğlu və oğlunun ailəsinin ciddi mənzil sıxıntısı vardır.

“Məsələni nəzarətə götürərək, yerli və yuxarı orqanlarda problemin araşdırılmasına və həllinə çalışacağıq. Nəzərinizə çatdırım ki, şəhid Hüseynov Cabir Soltan oğlu15 fevral 1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Görüşümüzə gələn Cavid isə şəhidin yeganə övladıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqasının ikinci finalçısı da-MÜƏYYƏNLƏŞDİ – YENİLƏNİB – (1)

Read Next

“Ermənistana silah göndərməsi Rusiyanın strateji müttəfiq hesab etdiyi Azərbaycanın milli maraqlarını nəzərə almaması anlamına da gəlir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir