Məmurlar “piyada” gəzəcək?

Bu ilin sonunadək Gürcüstanın dövlət avtomobil parklarındakı xidməti maşınların sayı 1000 ədəd azaldılacaq.

Etikxeber.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib.

Baş nazir bildirib ki, eyni zamanda, xidməti avtomobillərdən istifadə edəcək məmurların da siyahısında dəyişikliklər ediləcək və onların da sayı azaldılacaq.

xidmati

Qeyd edilib ki, xidməti avtomobillərin sayının azaldılması büdcə xərclərinin qənaətinə səbəb olacaq.

Həmçinin, bildirilib ki, ixtisara düşən xidməti avtomobillər satılmaq üçün Maliyyə Nazirliyinə veriləcək.

Satışdan əldə olunacaq gəlirlər hesabına təbiəti mühafizə xidməti və patrullar üçün xüsusi texniki avadanlıq alınacaq.

Etikxeber.az

Read Previous

Xorvatiya – Fransa: İKİNCİ FİNALÇI XORVATİYA OLDU – 2:1- YENİLƏNİB – (5)

Read Next

“Alınmadı, yenə də hesabları düz çıxmadı və…” – ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir