“Mən də bu xalqın bir parçasıyam…”- ƏFLATUN AMAŞOV YAZDI

Dünən AzərTAC-ın 100 yaşı tamam oldu.

Bu yubiley xalqımız üçün nə idi, mənim üçün nə?!

Mən də bu xalqın bir parçasıyam.

Bilirəm ki, yubiley münasibəti ilə vaxtilə bir yerdə çalışdığım Aslan müəllimə, kollektivə və ayrı-ayrı əməkdaşlara yüzlərlə təbrik ünvanlanacaq.

Çünki AzərTAC xalqımızın informasiya agentliklərinin ilki, bu gün isə aqsaqqallığa haqqı çatan aparıcı media qurumudur.

Həmkarlarım, tarixçi dostlarım inciməsinlər, 100 ilin irili-xırdalı, saysız-hesabsız informasiiyaları, müxtəlif janrlı yazıları qədər keçilmiş tariximizi ətraflı surətdə işıqlandıra biləcək ikinci mənbə tanımıram.

Bunun özü AzərTAC-ın xalqımız üçün nə olduğunu deyir.

Mənə gəldikdə isə jurnalistikada ilk addımlarımı burada atdığıma, keçirdiyim günlərə, qazandığım dostlara, yaradıcılıq dünyasının pillələri ilə əvvəl kövrək, sonra isə qətiyyətli addımlarıma görə AzərTAC-a borcluyam.

Xatirəmdə qalan ustadlarıma minətdaram.

Dünyadan köçənlərə Tanrıdan rəhmət diləyirəm.

Bu yol AzərTAC-da fəaliyyətinə başlayan hər bir həmkarımın kecdiyi və ya keçəcəyi yoldur.

Bayramınız mübarək, əziz Azərinforumcular!

Əflatun AMAŞOV,

Mətbuat Şurasının (AMŞ) sədri

Etikxeber.az

Read Previous

“Qarabağ problemi Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində həll olunmalıdır” – ÇAVUŞOĞLU

Read Next

ANKARA QARABAĞI DA UNUTMUR! – “Atlas” Araşdırmalar Mərkəzi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir