“Mən özümə niyə qəsd etməliyəm?…”-BİLƏSUVARLI QAZİ VİDADİ MƏCİDOVUN “SU” ŞİKAYƏTİNİ DİNLƏYƏN OLACAQMI?

Biləsuvar rayonunun Nəsimi kəndindən olan Qarabağ Qazisi, İkinci Vətən Müharibəsi Şəhidi Saleh Məcidzadənin əmisi oğlu Vidadi Əlisa oğlu Məcidov yerli məmurlardan, xüsusilə, su sahəsinə cavabdehlik daşıyan məsul şəxslərdən narazı və şikayətçidir.

Qazi konkret olaraq Biləsuvar rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyini ona qarşı ədalətsiz mövqe nümayiş etdirməkdə günahlandırır.

Qazinin Etikxeber.az-a daxil olan müraciətində və videosunda qeyd edilir ki, ona qarşı bu cür ədalətsiz, ögey münasibət illərdir davam edir.

Qazi müraciətində qeyd edir ki, 13 gündür ona məxsus olan torpaq sahəsinin suvarılması üçün suyun verilməsi qəsdən, əsassız və bürokratik bəhanələrlə ləngidilir və yubadılır.

O, bu münasibətin yolverilməz və qəbuledilməz olduğunu söyləyir və “Mən niyə özümə qəsd etməliyəm???…Qaziləri niyə incidirsiniz???…Niyə onları özlərinə qəsd etməyə məcbur edirsiniz???…“-deyə, müraciətində sonra aidiyyatı qurumlara səslənir.

Qazinin videomüraciətini olduğu kimi təqdim edirik:

https://www.facebook.com/61558720065552/videos/pcb.122238897434290668/1531106478746850

https://www.facebook.com/kamil.hemidov.hemzeoglu

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə və işıqlandırmağa hazırıq…Əgər…

Etikxeber.az

Read Previous

“Dəmir yumruq” yerindədir və yerində olacaq”-PREZİDENTDƏN HƏM PAYLAŞIM, HƏM DƏ MESAJ

Read Next

Cənnətdəki doğum günləri, mövludları olan-ASTARALI ANTİTERROR ŞƏHİDİ ƏLİ BABAZADƏ VƏ LƏNKƏRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MİRMƏHƏMƏMMƏDƏLİ RZAZADƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir