“Mən, sadəcə, Sizin problemləri dilə gətirən nümayəndənizəm, qərar da, iş də hökumətimizindir…”-MİLLƏT VƏKİLİNİN MÜRACİƏTLƏRİNƏ BAŞ NAZİR VƏ VİTSE-PREMYERDƏN NƏ CAVAB GƏLDİ?

Biləsuvar rayonun 15-dən çox kəndində suvarma və içməli su və təminatıda yaranmış problemlər, habelə Bolqarçay su anbarının təmir olunması, Nərimankənd kəndində mövcud olan subartezian quyusunun bərpa edilməsi ilə bağlı Baş Nazir Əli Əsədov və Baş Nazirin müavini Şahin Mustafayevə ayrılıqda məktublar göndərmiş və problemlərin həlli üçün kömək xahiş etmişdim. Nazirlər Kabinetindən verilən məlumata görə, bir müddət öncə “Azmelsutəsərrüfat” ASC 1965-ci ildə tikilmiş Bolqarçay su anbarının 90 faizinin lillə tutulduğunu və anbarın təmizlənməsinin iqtisadi cəhətdən səmərəli olmadığı, habelə Nərimankənddə 1988-ci ildə qazılmış subartezian quyusunun bərpasının mümkün olmaması barədə rəy verib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, lakin Baş Nazirin tapşırığı ilə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstituna yenidən məsələlərin araşdırılması, layihə sənədlərinin hazırlanması tapşırılıb.

“Cənab Şahin Mustafayevin mənə yazdığı cavaba əsasən, yaxın zamanlarda institutun araşdırmalarının yekunu olaraq ya su anbarının bərpasına başlanacaq, yaxud da Biləsuvarda ərazinin relyefi nəzərə alınmaqla yeni sututar yaradılması məsələsi barədə qərar veriləcək. Əziz seçicilərim, mən, sadəcə, Sizin vasitəçiniz, problemləri dilə gətirən nümayəndənizəm, qərar da, iş də hökumətimizindir və inancım tamdır ki, bu dövlət vətəndaşını naümid qoymayacaq!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Gəncə üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə-KEÇİRİLDİ – FOTOLAR

Read Next

Daha 155 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir