“Məndən üzr istədilər, keyfiyyətsiz malın da pulunu ödəyəcəklərini bildirdilər…” – TANINMIŞ JURNALİST

“Biz öz haqqımızı yerinə qoya bildik. Ötən günlər ərzində həm Araz Marketlər Şəbəkəsindən (Holdinq), həm də İqtisadiyyat Nazirliyindən (Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətindən) dəfələrlə telefon əlaqəsi saxladılar, görüşlərə dəvət etdilər. Mən düzü, digər əlaqədar orqanlara da da müraciət etməyi düşünürdüm, amma artıq məsələnin həll olundugunu demək olar. Dünən son olaraq “Spar” marketdə Holdiqin məsul əməkdaşı ilə görüşdüm, məndən üzr istədilər, keyfiyyətsiz malın da pulunu ödəyəcəklərini bildirdilər”.

zulya

Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist və QHT təmsilçisi Zülfiyyə Mustafayeva öz “Facebook” statusunda yazıb.

O, bu məsələdə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova da dəstəyi üçün öz minnətdarlığını ifadə edib.

“Məncə, Sizin də böyük dəstəyinizlə biz nəyəsə nail ola bildik. Mənə bildirdilər ki, marketdə mənimlə kobudluq edən (“Get, hara istəyirsən, şikayət elə”) şəxs marketin müdiri imiş və onun barəsində də daxili təlimatlar əsasında tədbirlər görüləcək. Sizə də çox minnətdaram. Hazırda həqiqətən, sahibkarların yoxlanılması dayandırılıb, bəzi xidmətlər tam gücü ilə prosesə müdaxilə edə bilmir, amma bu o demək deyil ki, sahibkarlar da keyfiyyətli xidmət bir yana qalsın, hətta ən adi davranış qaydalarını, müştərilərlə ünsiyyəti istədikləri kimii quracaqlar. “Spar” marketin müdiri olan Cavad adlı şəxs üçün də məncə, bu, bir sınaq oldu…”-deyə, tanınmış jurnalit sonra yazıb.

Etikxeber.az

Read Previous

Yas yerlərində az qalırlar qız alıb, qız versinlər – MİLLƏT VƏKİLİNDƏN TƏPKİ

Read Next

Əliyev qambiyalı naziri qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir