“Mənim atamın goruna 932 adam söyüb, hesablamışam” – AQİL ABBAS

 Fəzail Ağamalı Oqtay Əsədovdan Aqil  Abbasa xəbərdarlıq edilməsini istəyib.

“Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin (MM)  iclasında deputat Aqil Abbas deyib. O, bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”. A. Abbas həmkarlarını onlara dəstək verməkdə aktiv olmağa çağırıb:

“Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı, elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.

Sədr Oqtay Əsədov isə cavabında bildirib ki, deputatlar internet resurslarına müsahibə verərkən diqqətli olmalıdırlar:

“Hadı Rəcəbliyə eşq olsun. Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.

Deputat Fəzail Ağamalı isə O. Əsədovdan A. Abbasa xəbərdarlıq edilməsini istəyib.

O, bildirib ki, A. Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir. O, A. Abbasın maaşla bağlı iradlarını qəbul etmədiyini də bildirib.

Etikxeber.az

Read Previous

Millət vəkili ölüm hökmünün bərpasını istəyir

Read Next

Təəssüf ki, Azərbaycanın da adı dopinq məsələlərində hallanır – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir