“Mənim hüququm var!” – FOTOLAR

Bu gün cəmiyyətimizdə uşaqların təhsildən yayınması və erkən nikah hallarına cəlb edilməsi xüsusi narahatlıq yaradan məsələlərdəndir. Erkən nikah uşağın gələcək həyatını təhlükə altına qoyur, cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsinə gətirib çıxarır.

Etikxeber.az xəbər verir ki, erkən nikah hallarının qarşısının alınması sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə bu istiqamətdə işlərin daha da davamlı olması və erkən nikah hallarının yaratdığı fəsadlar barədə məlumatlandırma işinin aparılması üçün Bakı şəhərində “Mənim hüququm var!” adlı təlimlərin keçirilməsinə başlanılıb.

28 sentyabr 2016-cı il tarixində Suraxanı rayonunda 25 uşaq ( 14-16  yaş arası ) üçün tədris prossesinə maneçilik yaratmamaqla “Mənim hüququm var!” adlı təlim keçirilib.

Təlim prossesində uşaqların fikirləri və təklifləri dinlənilmiş, qrup işləri keçirilmiş, sonda isə həmin uşaqlar      sertifikatlarla təltif olunublar.

ted-2ted-3

ted-4

Etikxeber.az

Read Previous

Sevinc Fətəliyeva: “Dözümsüzlük hallarının gəncləri radikalizmə sürükləməsinin qarşısının alınması üçün onların məktəblə, yerli icma ilə əlaqələrinə diqqəti artırmaq lazımdır”

Read Next

“Qarabağ”la “Fiorentina”nın qarşılaşması başa çatdı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir