Məqsəd Braziliya-Azərbaycan əlaqələrini inkişaf etdirməkdir – Rodriqo Maya

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibə verən Rodriqo Maya Bakıya üçüncü dəfə səfər etdiyini, Braziliya parlamentinin sədri kimi isə ilk olaraq Azərbaycana gəldiyini bildirib. O deyib: “Ölkələrimizi birləşdirən neft, qaz və digər sənaye sahələri mövcuddur. Səfərimin məqsədi Braziliya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir”.

Etikxeber.az

Read Previous

Oktyabrın son gününə gözlənilən hava proqnozu açıqlandı

Read Next

Müdafiə naziri hərbi aviabazalardan birində olub – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir