“Məqsəd də məhz Üzeyir bəyi öldürmək olub…” – ƏMƏKDAR JURNALİST

“Mart qırğınlarında Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində azı 12 min insan qətlə yetirilib. Sağ olsun tarixçilərimiz ki, bu faktları ortaya çıxarıblar. Amma bu tarixlə bağlı mənim də bir jurnalist kimi kiçik araşdırmam var. O da nədən ibarətdir? Bilirsiz ki, mart qırğınlarında Üzeyir Hacıbəylinin yaşadığı ev də gülləbaran edilib. Hətta iddia edilir ki, məqsəd məhz Üzeyir bəyi öldürmək olub. Çox hörmətli müəllimimiz Şirməmməd Hüseynov “Musiqinin Məcnunu” filmini çəkəndə mənə demişdi ki, mart qırğınlarında Hacıbəyli qardaşları ümumiyyətlə Bakıda olmayıb”.

Etikxeber.az xəbər verir ki, bunu Əməkdar jurnalist Ləman Ələşrəfqızı öz “Facebook” statusunda yazıb.

CEYHUN

O, yazıb ki, Hacıbəylilər ailəsi ilə birlikdə İrana köçmüş və orada tamaşalar göstərirdilər.

“Bu fikir mənim filmimdə də məhz bu şəkildə gedib.Amma sonradan mən Ceyhun Hacıbəylidən bəhs edən ” Sonbeşik” filmində çox maraqlı bir faktla qarşılaşdım. Ceyhun Hacıbəylinin arxivində işləyərkən onun həyat yoldaşının bloknotu əlimə keçdi.
Qırmızı cildli bloknotun lap əvvəlində Zöhrə xanım Hacıbəyli yazırdı:” Oğlumuz Ceyçik 1918-ci il martın 31-də Şamaxinkada günorta saatlarında dünyaya göz açdı.” Amma maraqlıdır ki, 31 mart qırğınları ilə bağlı Zöhrə xanımın gündəliyində bir kəlmə belə yoxdur.
Allah mart qırğınlarında dünyasını dəyişənlərə də, qürbətdə dünyasını dəyişən Hacıbəylilərə də rəhmət eləsin!”– deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Ən güclü küləyin qeydə alındığı tarix açıqlandı – AZƏRBAYCANDA

Read Next

“Rusiya imperiyasının süqutundan sonra…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir