“Məqsəd dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır” – HƏSƏNOV

Keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın yürütdüyü siyasətin məqsədi xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dini-etnik müxtəlifliyin, multikultural dəyərlərin təşviqinə yönəlmiş siyasətinin əyani təsdiqidir.

Azərbaycanın turizmi inkişaf etdirmək siyasəti yürütdüyünü qeyd edən Ə. Həsənov deyib:

“Bu Forumda iştirak edən qonaqlar, nümayəndə heyətlərinin üzvləri potensial turistlərdir. Onlar Azərbaycanda inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın qonaqpərvərliyini görürlər və öz ölkələrinə qayıdanda ailə üzvlərinə, dostlarına bu barədə danışacaqlar. Bu baxımdan bu tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti Forumun açılış mərasimindəki nitqində ölkəmizə regionda və dünyada nüfuz qazandıran siyasətin prioritetlərini açıqladı. Birinci vitse-prezident Mehriban Əliyevanın Forumdakı çıxışında səsləndirdiyi fikirlər, panel sessiyalarda aparılan müzakirələrdə deyilənlər sübut edir ki, Azərbaycan doğru yoldadır və bu yolla inamla irəliləyir”.

Etikxeber.az

Read Previous

40 mərtəbəli binada yanğın baş verdi: 3- ü uşaq olmaqla 9 nəfər xəsarət aldı

Read Next

“AŞPA-nın Türkiyəylə bağlı qərarı ədalətsizdir” – PREZİDENT- FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir