“Məqsəd gəncləri qorxutmaq, ictimai-siyasi proseslərdən çəkindirmək idi…” – MURADOVA

5-ci çağırış Milli Məclisin (MM) fəaliyyətə başlamasaından təxminən bir ilə yaxın vaxt ötür. Gənclik yaşında olan və ya gənclik yaşını ötmüş yeni deputatlar da daxil olmaq olmaqla, 5-ci çağırış parlamenti əvvəlkilərlə müqayisədə nisbətən yeni tərkibli, yenilənmiş parlament hesab etmək olar. Eyni zamanda, yeni seçilmiş gənc və bir qədər yaşlı deputatlardan bu dövr ərzində özlərini yaxşı mənada göstərən, medianın, cəmiyyətin diqqəti çəkənləri də olub, bir qədər kölgədə qalanları da. Bəs görəsən tərkbinin, üzvlərinin böyük hissəsi hakim Yeni Azərbaycan Partyasından (YAP) ibarət olan 5-ci çağırış parlamentin fəaliyyəti ötən bir il ərzində yetərincə qənaətbəxş olubmu, fəaliyyəti təqdirəlayiqdirmi? Xüsusilə də, hakim partiya və YAP-çılardan ibarət olan parlament rəhbərliyi MM-in bir illik fəaliyyətindən razıdırmı?
Bu suallara çavab almaq məsədilə də YAP İdarə Heyətinin üzvü, Milli Məclis (MM) sədrinin müavini və parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovaya müraciət edik.
B. Muradova isə Etikxeber.az-a ilk öncə ötən çağırış parlamentlər kimi, yeni tərkibli 5-ci çağırış parlamentin-millət vəkillərinin fəaliyyətindən də razı qaldıqlarını bildirib:
 
-Əlbəttə, birmənalı şəkildə 5-ci çağırış parlamentin və onun üzvlərinin fəaliyyətindən razıyıq. Ötən bir illik fəaliyyəti də müsbət, qənaətbəxş sayırıq.
-Heçmi qüsur, nöqsan yoxdur bu bir illik fəaliyyətdə?
-Yəni, məqsəd əgər qüsur, nöqsan axtarmaqdırsa, onu istənilən fəaliyyətdə tapmaq olar, bu, istisna deyil. Yox, əgər ümumilikdə dəyərləndirmə aparmaq istəsək, o zaman tam əminliklə demək olar ki, YAP təmsilçilərinin üstünlüyü ilə formalaşan növbəti 5 -ci cağırış parlament bütövlükdə öz işinin öhdəsindən gəlməkdədir və gəlir. Biz qarşımıza qoyduğumuz bütün vəzifələri ardıcıl olaraq yerinə yetiririk. Ölkədə həyata keçirilən siyasətin tələb etdiyi və müstəqil hakimiyət qanadı olaraq üzərimizə düşən vəzifələri normal şəkildə reallaşdırırıq. Bu həm təmsilçilik, həm qanun yaradıcılığı, həm də nəzarət funksiyamıza aiddir.
Eləcə də parlament diplomatiyasını, Azərbaycanın digər ölkələrlə münasibətlərini, beynəlxalq təşkilatlarda təmsilçiliyini, ölkəmizin dünyada tanıdılması prosesini, ən əsası Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyət tərəfindən doğru-düzgün dəyərələndirilməsini, bu istiqamətdə parlamentlərlə-beynəlxalq qurumlarla diplomatik imkanlarımızı genişləndirən sənədlərin qəbulu prosesində iştirakımızı fəal şəkildə davam etdiririk. Hesab da edirik ki, bu fəaliyyət yüksələn xətlə gedir.
Əgər Azərbaycan dinamik şəkildə inklişaf edirsə, bu inkişaf özünü bütün hakimiyyət qanadlarının fəaliyyətində, eləcə də ölkəmizin dünya miqyasında yerinin və mövqeyinin möhkəmlənməsində göstərir. Təbii ki, bunun içərisində də Azərbaycan parlamenti, konkret olaraq 5-ci çağırış parlamentin tərkibi, iqtidarlı-müxalifətli hamı əsas yer tutur.
Bahar xanım, ən azı 20 ilə yaxındır parlament müxbiriyəm və bu dövr ərzində mən də daxil olmaqla əksər parlament jurnalistləri, bütövlükdə media mənsubları keçmişli-indikili üst-üstə cəmi 25-30 nəfərdən savayı kimsəni danışdıra, müxtəlif məsələlərlə bağlı mövqelərini öyrənə bilmir. Əksər deputatlar həm parlament fəaliyyətlərində, həm də media ilə münasibətlərində fəaliyyətsizlik, ətalət nümayiş etdirirlər və sair. Yəni, hər dəfə müsahibə, hansısa məsələ ilə bağlı açıqlama almaq lazım gələndə, göz önünə, ağıla həmin 25-30 nəfərdən başqa kimsə gəlmir…Hətta, yaşlı və orta yaşlı nəslin nümayəndələrinin bir çoxu sosial şəbəkələrdə olsa da, yeni seçilən gənclik yaşında və ona yaxın yaşlarda olanlardan bir neçəsini çıxmaq şərtilə digərlərinə bu məkanda belə rast gəlmək olmur…
– Heç də məsələ onda deyil ki, onlar fəallıq nümayiş etdirmirlər, əslində onların hər biri ayrı-ayrılıqda öz işlərinin öhdəsindən gələn və parlamentə üzv seçilənə qədər də müəyyən yol keçən insanlardır. Bunu da həm fəallıqları, həm məsələlərə münasibətləri, həmçinin, prinsipiallıqları ilə sübut etmiş insanlardır. Digər məqama gəlincə, təbii ki, burada bir çox hallarda ənənəvi stereotiplər də müəyyən rol oynayır. Özü də fərq etməz, o, YAP-ın üzvüdür, üzvü deyil, ümumiyyətlə, parlamentə yeni seçilmiş şəxslərə hər zaman bir neqativ münasibət olub. Burada mənim özümün ilk dəfə deputat seçildiyim vaxt yadıma gəlir -200o-ci il. O zaman çoxlu sayda yeni gənc insanlar parlamentə seçilmişdi. Həmin dövrdə ilk olaraq bizim haqqımızda neqativ ruhlu bir neçə təhlili məqalələr çap olunmuşdu. Bizim hər birimizi – kim hardan gəlib, necə gəlib – neqativ yöndən təhlil edərək, müəyyən rəy yaratmağa cəhdlər olmuşdu. Məqsəd də o gəncləri qorxutmaq, ictimai-siyasi proseslərdən çəkindirmək, müəyyən mənada özlərinə qapılmağa vadar etmək idi.
Bəzən mətbuat, bəzən cəmiyyət yeni nəslə – özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir- bu cür yanaşma ortaya qoyur. Bu baxımdan hesab edirəm ki, yeni deputatlarla münasibətlərin lazımi qaydada qurulmamasının bir səbəbi də medianın özündən qaynaqlanır. Sizin özünüz bir çox hallarda onlara etimasdsızlıq göstərirsiniz, suallarınıza cavab verə bilməyəcəyini düşünürsünüz və yaxud da, onların yalnız danışdıqları, parlamentdə, plenar iclaslarda çıxış etdikləri halda fəaliyyətlərinə qiymət verirsiniz. Əslində onlar çox zaman seçildikləri bölgədə daha çox fəaliyyətlə məşğuldurlar, hər həftə demək olar ki, seçiciləri ilə görüşürlər, yerli və respublika əhəmiyyətli tədbirlərdə iştirak, çıxış edirlər. Ən əsası isə parlamentin komitələrində-işçi qruplarında qanun layihələrinin müzakirəsində çox fəal şəkildə iştirak edirlər. Ancaq dediyim kimi, nədənsə yalnız plenar icladakı çıxışları diqqətə alınır və buna görə onlara qiymət verilir.
Hesab edirəm ki, bu da doğru deyil. Əgər sizin kriteryalarla yanaşsaq və dəyərləndirsək, o zaman görərik ki, əksər parlamentlərdə və beynəlxalq parlament assambleyalarında fəal görünən deputatların sayı uzqabaşı 40-50 nəfərdən o yana keçmir. Artıq 10 ildən çoxdur ki, ATƏT Parlament Assambleyasındayam və deyim ki, orada da oxşar vəziyyət mövcuddur. 500-dək parlamentari içərsində maksimum 70-80, yaxud 100 adam olur ki, adlarını bilirik və bilirik ki hansı ölkənin nümayəndələrdir. Əksəriyyəti sadəcə, gəlir-gedir, yəni, onlar ancaq öz ölkələri ilə bağlı məsələlərdə danışır, səsvermədə iştrak edirlər. Amma mövqelərini bizim kimi bütün məsələlərə açıq şəkildə bildirən ölkələr, nümayəndə heyətləri cəımi 20-25-dək olar.
Etikxeber.az

Read Previous

Patriarx Kirill: “Bilirik ki, hələ də Dağlıq Qarabağ yarası qanayır…”

Read Next

Noyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir